Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında İstanbulda keçirilmiş danışıqları müsbət qiymətləndirib.
Trend-in məlumatına görə, bunu V.Zelenski vətəndaşlara növbəti videomüraciətində bildirib.
"Siqnalları müsbət adlandırmaq olar", - deyə Ukrayna Prezidenti qeyd edib.
V.Zelenski vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri, Ukrayna kəşfiyyatı və Ukraynanın müdafiəsində iştirak edən hər kəs "xalqımızın və dövlətimizin sağ qalması üçün həqiqətən çalışan yeganə təminatdır".