...

Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Dünya xəbərləri Materials 3 Aprel 2022 03:32 (UTC +04:00)
Braziliyada leysan yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb

Bakı. Trend:

Braziliyanın Rio-de-Janeyro ştatında güclü yağışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, onlardan 9-u azyaşlıdır.

Trend xəbər verir ki, bu barədə yerli Globo telekanalı məlumat yayıb.

Ştatın cənub sahilindəki Paratı kurort şəhərində torpaq sürüşməsi nəticəsində bir ana və altı uşaq, qonşu Angra dos Reisdə isə üç azyaşlı da daxil olmaqla altı altı nəfər analoji şəraitdə həlak olub.

Xilasedicilər 5 nəfəri dağıntılar altından çıxara biliblər, onların həyatı üçün təhlükə yoxdur, daha 5 nəfər itkin düşüb. Son iki gündə Angra dos Reis bölgəsində bütün meteoroloji müşahidələr zamanı rekord miqdarda 655 mm yağıntı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti