...

Uill Smitə "Oskar" mərasimində iştirak etmək qadağan edilib

Dünya xəbərləri Materials 9 Aprel 2022 01:58 (UTC +04:00)

Bakı. Trend.

ABŞ Kino Akademiyası amerikalı aktyor Uill Smitə "Oskar" mükafatının təqdimatı mərasimi də daxil olmaqla, 10 il ərzində öz tədbirlərinə qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının prezidenti və baş icraçı direktoru Devid Rubin və Don Hudsonun açıqlamalarına istinadən bildirib.

Bildirilib ki, 94-cü "Oskar" mükafatının təqdimatı mərasimi 2021-ci ildə inanılmaz iş görən çoxsaylı insanların bayramı olmalı idi: "Lakin cənab Smitin səhnədə nümayiş etdirdiyini gördüyümüz yersiz və zərərli davranışlar bu məqamlara kölgə saldı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti