...

İki gün əvvəl Kiyevdə olan Avstriya kansleri Rusiyaya səfər edib

Dünya xəbərləri Materials 11 Aprel 2022 15:52 (UTC +04:00)
İki gün əvvəl Kiyevdə olan Avstriya kansleri Rusiyaya səfər edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya kansleri Karl Nehammer Rusiyaya səfər edib.

Trend-in məlumatına görə, kanslerin paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.

V.Putinin mətbuat katibi Dmitri Peskovun görüşün mətbuat üçün qapalı keçəcəyini, Ukraynadakı vəziyyəti və Rusiyadan təbii qaz tədarükü, eləcə də ödəniş məsələlərinin müzakirə oluna biləcəyini bildirib.

Bu, Rusiya prezidentinin Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Aİ rəsmisi ilə keçirəcəyi ilk görüş olacaq.

Qeyd edək ki, K.Nehammer iki gün əvvəl Kiyevə səfər etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti