...

Ankara ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı əsassız ittihamlarını rədd edib

Dünya xəbərləri Materials 15 Aprel 2022 07:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarına dair illik hesabatında yer alan əsassız ittihamları tamamilə rədd edir.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XİN sənədə Türkiyə ilə bağlı iddiaların əlavə edilməsini yersiz adlandırıb.

"ABŞ Dövlət Departamentinin 2021-ci ildə dünyada insan haqlarına dair hesabatında yer alan Türkiyə ilə bağlı əsassız iddiaları yersiz hesab edir və onları qəti şəkildə rədd edirik", - deyə XİN-in bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi ABŞ-ın Türkiyənin terrorizmin bütün təzahürlərinə, ilk növbədə, YPG/PKK, İŞİD, FETÖ və DHKP-C kimi terror qruplaşmalarına qarşı mübarizə səylərinin əhəmiyyətini hələ də dərk etməməsindən təəssüfləndiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti