...

Pakistanın yeni hökuməti and içib

Dünya xəbərləri Materials 19 Aprel 2022 17:12 (UTC +04:00)
Pakistanın yeni hökuməti and içib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın yeni baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi hökumətin andiçmə mərasimi baş tutub.

Trend-in məlumatına görə, bu barədə baş nazir öz "Twitter" səhifəsində yazıb.

Qeyd olunur ki, yeni hökumətə 31 federal nazir, 3 dövlət naziri və 3 müşavir daxildir.

Xatırladaq ki, ötən həftənin əvvəli keşmiş baş nazir İmran Xanın hökuməti istefaya yollanmış, parlamentdə keçirilən səsvermə nəticəsində Şahbaz Şərif baş nazir seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti