...

Polşada hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq

Dünya xəbərləri Materials 26 Aprel 2022 12:53 (UTC +04:00)
Polşada hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Polşada mayın 1-dən etibarən dispetçer çatışmazlığı ilə əlaqədar hava nəqliyyatının hərəkəti məhdudlaşdırılacaq.

Trend-in məlumatına görə, bu barədə Polşa hökumətinin qərarında deyilir.

Qeyd olunur ki, paytaxt Varşava üzərində hava məkanında uçuşlar yerli vaxtla saat 09:30-da 17:00-dək yerinə yetirilə bilər.

Polşada aviadispetçerlərin hava nəqliyyat agentliyi rəhbərliyi ilə münaqişəsi bir ilə yaxındır ki, davam edir. Dispetçerlər əlverişsiz iş şərtləri və aşağı əmək haqları ilə bağlı şikayət edirlər. Yaxın zamanlarda onların kütləvi işdən ayrılmaları gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti