Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı 510 milyonu keçib.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, hazırkı dövrədək koronavirusa 510 270 667 nəfər yoluxub. Onlardan 6 233 526 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.