...

Məhkəmə Donald Trampın "Twitter"-ə qarşı iddiasını rədd edib

Dünya xəbərləri Materials 7 May 2022 05:06 (UTC +04:00)
Məhkəmə Donald Trampın "Twitter"-ə qarşı iddiasını rədd edib

Bakı. Trend:

ABŞ-ın məhkəməsi keçmiş prezident Donald Trampın Twitter-ə qarşı iddiasını rədd edib.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, iddiada sosial şəbəkədə eks-prezidentin səhifəsinin bloklanmasına etiraz bildirilir.

Qeyd olunur ki, məhkəmə Trampın "Twitter"-in onun ABŞ Konstitusiyasına edilən birinci düzəlişlə təmin edilən söz azadlığı hüququnu pozduğuna dair arqumentlərini nəzərə almayıb.

Ötən il Trampın vəkilləri iddia edirdilər ki, "Twitter" ölkənin siyasi diskursunda o qədər gücə malikdir ki, bu demokratik müzakirələr üçün təhlükəli ola bilər.

2021-ci ilin əvvəlində "Twitter" və digər sosial media platformaları Trampın bir dəstə tərəfdarının Kapitoli binasına hücumundan sonra ona xidmət göstərməsini qadağan etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti