...

Tunis sahillərində miqrant qayığı qəzaya uğrayıb, ölən və itkin düşənlər var

Dünya xəbərləri Materials 20 May 2022 02:17 (UTC +04:00)
Tunis sahillərində miqrant qayığı qəzaya uğrayıb, ölən və itkin düşənlər var

Bakı. Trend:

Tunisin şərq sahillərində 58 miqrantın olduğu qayığın batması nəticəsində 4 miqrant ölüb, daha 10 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə "Tunis Afrique Presse" agentliyi məlumat yayıb.

Qayıqda olan ümumilikdə 44 miqrantın Sfaks şəhəri sahillərində xilas edildiyi, itkin düşənlərin axtarışlarının davam etdiyi bildirilir.

Miqrantlar Aralıq dənizini keçərək İtaliyaya çatmağa cəhd ediblər.

Qeyd edək ki, Aralıq dənizi bölgəsinin mərkəzində yerləşən Tunis Avropaya qeyri-qanuni immiqrasiya üçün ən "populyar" tranzit yollarındadır.

Ölkə rəhbərliyi bu problemlə bağlı sərt tədbirlər görsə də, Tunisdən İtaliyaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti