Bakı. Trend:
Almaniyanın qərbindəki federal vilayətlərində baş verən tornado nəticəsində azı 30 nəfər xəsarət alıb.
Trend-in məkumatına görə, bu barədə Şimali Reyn-Vestfaliyanın Paderborn şəhər polisi bildirib.
Məlumata əsasən, hadisə nəticəsində 30-dan 40-a qədər insan əlverişsiz hava şəraitindən xəsarətlər alıb, onlardan 10-u ağır yaralanıb.
Paderbornun qərbində, Lippstadt şəhərində baş verən tornado şəhər boyu ağacları yıxıb, güclü külək səbəbindən evlərin damları uçub. Trirdə leysan yağışları küçələrin çaylara bənzəməyə başlamasına səbəb olub.