...

Planetdə aclıqdan əziyyət çəkənlərin sayı 220 milyona çatacaq - FAO

Dünya xəbərləri Materials 28 May 2022 03:21 (UTC +04:00)
Planetdə aclıqdan əziyyət çəkənlərin sayı 220 milyona çatacaq - FAO

Bakı. Trend:

Ukrayna böhranının nəticəsində ərzaq çatışmazlığı və həm ərzaq, həm də gübrənin bahalaşması səbəbindən planetdə aclıqdan əziyyət çəkən insanların sayı 220 milyona çata bilər.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) direktor müavini, İtaliyanın keçmiş kənd təsərrüfatı naziri Mauritsio Martina bildirib.

Onun sözlərinə görə, hələ böhrandan əvvəl dünyada ac insanların sayı artmaqda idi və 2021-ci ildə 53 ölkədə demək olar ki, 200 milyona çatmışdır. Hazırkı münaqişə aclıqla bağlı vəziyyəti daha da gərginləşdirəcək.

"İlkin hesablamalarımıza görə, ac insanların sayı daha 18 milyon arta bilər, lakin, çox şey hadisələrin gələcək inkişafından asılıdır", - qurum rəsmisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti