Bakı. Trend:
Polşa, Latviya, Litva və Estoniyada NATO-nun hava hücumundan müdafiə qoşunlarının təlimləri başlayıb.
Trend-in məlumatına görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Baş komandanlığı bildirib.
Qeyd olunur ki, "Ramstein Legacy 2022" təlimləri iyunun 12-dək davam edəcək.
Təlimlərdə ABŞ, Fransa, Almaniya, Norveç, Çexiya, Slovakiya, Böyük Britaniya, İtaliya, Belçika, Rumıniya, Türkiyə və İspaniya hərbi hava qüvvələri və raket bölmələri iştirak edəcək.
Bu təlimlərin iki ildən bir keçirilməsi planlaşdırılır.