...

Yaponiyada 20-dən çox şagird istivurma ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 3 İyun 2022 11:29 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın qərbindəki Amaqasaki şəhərində isti vurması nəticəsində 22 şagird xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, istivurma halları şəhərdə keçirilmiş idman yarışları zamanı qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətlərinin ağır olmadığı deyilir.

Qeyd edək ki, ötən gün eyni diaqnozla Osaka şəhərində 29 şagird xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti