...

İsveç alimləri yeni növ koronavirus aşkar edib

Dünya xəbərləri Materials 6 İyun 2022 17:46 (UTC +04:00)
İsveç alimləri yeni növ koronavirus aşkar edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İsveçin Uppsala Universitetinin alimləri kürən tarlasiçanlarında yeni növ koronavirus aşkar edib.

Trend-in məlumatına görə, bu barədə "Viruses" jurnalında dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, mütəxəssislər 2015-2017-ci illərdə İsveçin Qrimsö rayonunda tutulmuş 250-dən çox tarlasiçanı üzərində aparılan müşahidələr gəmiricilərin 3 faizindən çoxunda yeni növ koronavirus aşkar edilib.

Mütəxəssislər hesab edir ki, bu virus gəmiricilər arasında geniş yayıla bilər. Yeni aşkar olunan koronavirusa Qrimsö virusu adı verilib.

Qeyd edək ki, bundan əvvəl HCoV-OC43 və HCoV-HKU1 koronavirusları gəmiricilərdən insana keçib və müxtəlif mövsümi respirator infeksiyalara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti