...

Türkiyə və Venesuela əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb

Dünya xəbərləri Materials 9 İyun 2022 04:35 (UTC +04:00)
Türkiyə və Venesuela əməkdaşlıq barədə bir sıra razılaşmalar imzalayıb

Bakı. Trend:

Türkiyə və Venesuela iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç razılaşma imzalayıb.

Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, razılaşmalar Venesuela Prezidenti Nikolas Maduronun Ankaraya səfəri çərçivəsində imzalanıb.

Sənədlərin imzalanması mərasimi Ankaradakı Prezident Kompleksində iki ölkə liderlərinin iştirakı ilə baş tutub.

Memorandumlar turizm sahəsində əməkdaşlığı, bitkilərin karantini və mühafizəsi sahəsində qarşılıqlı fəaliyyəti, eləcə də iki ölkənin Mərkəzi Bankları arasında əməkdaşlığı nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti