...

ABŞ-da müəssisədə atışmada azı 3 nəfər həlak olub

Dünya xəbərləri Materials 10 İyun 2022 01:07 (UTC +04:00)
ABŞ-da müəssisədə atışmada azı 3 nəfər həlak olub

Bakı. Trend:

ABŞ-ın Merilend ştatının Smitsburq şəhərində atışma baş verib.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə "Fox News" telekanalına yerli polisdən məlumat verilib.

Qeyd olunur ki, hadisə şəhərdə yerləşən müəssisələrin birində baş verib.

İnsident nəticəsində azı üç nəfərin öldüyü bildirilir. Yerli hakimiyyət orqanları atəş açan şəxsin artıq təhlükə mənbəyi olmadığını qeyd edib.

Hadisənin təfərrüatları açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti