Bakı. Trend:
Rusiya ilə növbəti əsir mübadiləsi nəticəsində 5 nəfər Ukraynaya qayıdıb.
Trend "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
"Bu gün Əsirlərlə Davranış üzrə Koordinasiya Qərargahı 5-in 5-ə formuluna uyğun olaraq növbəti mübadilə həyata keçirib. Ukraynanın 5 vətəndaşı vətənə qayıdıb", - məlumatda deyilir.
Baş idarə bildirir ki, onlardan dörd nəfəri Kiyev vilayətində gedən döyüşlər zamanı əsir götürülüb.
Qurum həmçinin bir nəfərin cəsədinin qaytarıldığını bildirib.