Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər yaralanıb.
Qeyd olunur ki, yaralananlar xəstəxanaya yerləşdirilib, bir nəfərin vəziyyəti ağırdır.
Atışma Nyu-Yorkun Harlem rayonunda qeydə alınıb, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.