...

Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

Dünya xəbərləri Materials 22 İyun 2022 01:40 (UTC +04:00)
Ərdoğan və Conson Ukraynanı müzakirə ediblər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Britaniya əməkdaşlığının vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmsöhbətlər müdafiə sənayesində əməkdaşlıq mövzusuna diqqət ayırıblar.

Regional proseslər, o cümlədən Ukraynadakı hadisələr müzakirə edilib. R.T.Ərdoğan taxılın Ukrayna limanlarından təhlükəsiz ixracı məsələsinin həllinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti