...

Baydenin siyasətini dəstəkləyənlərin sayı azalıb

Dünya xəbərləri Materials 23 İyun 2022 06:19
Baydenin siyasətini dəstəkləyənlərin sayı azalıb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin siyasətini bəyənmə nisbəti azalaraq 36 faizə düşüb.

Trend xəbər verir ki, bu “Reuters” agentliyinin “Ipsos” sosioloji xidməti ilə birgə keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Belə ki, həftə ərzində ABŞ prezidentinə Demokratlar partiyasının tərəfdarlarının dəstəyi 74 faizdən 73 faizə düşüb. Respublikaçılar arasında bu rəqəm 11 faizdən 7 faizə düşüb. Ümumilikdə respondentlərin yalnız 18 faizi ABŞ-ın düzgün istiqamətdə getdiyinə inanır.

Agentliyin yazdığına görə, ABŞ prezidentinin siyasətinin bəyənmə nisbəti 2021-ci ilin avqustundan bəri 50 faizdən aşağıdır və onun Respublikaçı sələfi Donald Trampın ən pis göstəricisinə yaxınlaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti