Bakı. Trend:
Avropa İttifaqının dövlət və hökumət başçıları Ukraynaya Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi barədə qərar qəbul ediblər
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Avropa Şurasının prezidenti Şarl Mişel bildirib.
"Avropa Şurası indicə Ukrayna və Moldovaya Aİ-yə namizəd statusunun verilməsi barədə qərar qəbul edib. Tarixi an. Bu gün sizin Aİ-yə gedən yolda həlledici addımdır. Vladimir Zelenski və Maya Sandu, Ukrayna və Moldova xalqlarını təbrik edirəm. Gələcəyimiz birlikdədir”, - deyə Ş.Mişel vurğulayıb.