...

Ekvadorda hökumət əleyhinə aksiyalar zamanı ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 25 İyun 2022 08:01 (UTC +04:00)

Bakı. Trend:

Ekvadorda ötən həftənin əvvəlində başlayan hökumət əleyhinə etiraz aksiyaları davam edir.

Trend xəbər verir ki, etiraz aksiyaları zamanı etirazçılar və polislər, hərbçilər arasında toqquşmalar baş verib.

Son məlumatlara əsasən, toqquşmalarda ölənlərin sayı 5 nəfərə çatıb.

Ekvador Milli Polisinin məlumatına görə, kütləvi etirazların iştirakçıları ilə toqquşmalar nəticəsində 120-yə yaxın polis əməkdaşı xəsarət alıb, 10 polis maşını tamamilə məhv edilib, 42 avtomobilə zərər dəyib.

Etiraz aksiyalarının 100-dən artıq iştirakçısı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti