...

Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya yeni alyans yaradıblar

Dünya xəbərləri Materials 25 İyun 2022 06:05 (UTC +04:00)
Avstraliya, Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya yeni alyans yaradıblar

Trend-i buradan izləyin

Bakı. Trend:

Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, ABŞ və Yaponiya Sakit okeanda yeni ittifaq elan ediblər.

Trend xəbər verir ki, bu barədə ölkələrin Ağ Evin saytında yerləşdirilən birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, "Partners in the Blue Pacific" (PBP) tərəfdaşlığı effektiv əməkdaşlığın inkişafı və regionun ada dövlətlərinə dəstək üzrə növbəti təşəbbüsdür.

"Bu gün (24 iyun 2022-ci il - red.) beş ölkə Sakit okean prioritetlərini daha effektiv və səmərəli şəkildə dəstəkləmək üçün “Partners in the Blue Pacific” tərəfdaşlığı adlı hərtərəfli qeyri-formal mexanizmi işə salıb. Bu yeni təşəbbüs bizim regiona uzunmüddətli öhdəliyimizə, <�…> Sakit okeanın ada ölkələri ilə sıx əlaqələrə və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Biz regionu suverenlik, şəffaflıq, hesabatlılıq prinsiplərinə uyğun olaraq və Sakit okean dövlətlərinin rəhbərliyi və liderliyi altında <...> dəstəkləmək mövzusunda həmrəyik", - deyə bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti