...

ABŞ "Black Hawk" helikopterlərinin istehsalına 2,3 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 28 İyun 2022 05:43 (UTC +04:00)
ABŞ "Black Hawk" helikopterlərinin istehsalına 2,3 milyard dollar ayıracaq

Bakı. Trend:

Müdafiə sənayesi sahəsində ixtisaslaşan "Lockheed Martin" şirkəti "Black Hawk" helikopterlərinin istehsalı üçün 2,3 milyard dollarlıq tenderi qazanıb.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pentaqondakı mənbəyə istinadla məlumat yayıb.

Bildirilir ki, müqaviləyə əsasən şirkət 120 ədəd "Black Hawk H-60M" helikopterini hazırlayacaq. Bundan əlavə, beşillik müqavilə orduya, ABŞ-ın digər qurumlarına və müttəfiqlərinə təqdim ediləcək əlavə 135 təyyarənin istehsalını ehtiva edir.

Bu, potensial ümumi müqavilə dəyərini opsionlarla 4,4 milyard dollara qədər artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti