...

Madriddə Ərdoğan və Bayden arasında görüş keçirilib

Dünya xəbərləri Materials 29 İyun 2022 21:48 (UTC +04:00)
Madriddə Ərdoğan və Bayden arasında görüş keçirilib

Bakı. Trend:

İspaniyanın paytaxtı Madrid şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında görüş keçirilib.

Trend xəbər verir ki, görüş NATO sammiti çərçivəsində baş tutub.

Görüş zamanı R.T.Ərdoğan bildirib ki, Türkiyə balanslaşdırılmış siyasətlə “taxıl dəhlizi” problemini həll etməyə çalışır. O, Ankaranın bu istiqamətdə səylərinin müsbət nəticələr verəcəyinə ümid etdiyini bildirib.

Co Bayden öz növbəsində Türkiyə Prezidentinə Ukrayna taxılının çıxarılmasını təmin etmək səylərinə, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətlərini dəstəklədiyinə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti