...

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb

Dünya xəbərləri Materials 30 İyun 2022 08:50 (UTC +04:00)
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb

Bakı. Trend:

Hindistanın Assam ştatında daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı son sutka ərzində 12 nəfər artıb.

Trend xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Məlumata əsasən, sözügedən ştatda daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin ümumi sayı 151 nəfərə çatıb.

Bildirilir ki, daşqınlar baş verən zonalarda yaşayan sakinlərin sayı 2,2 milyondan 3,1 milyona qədər artıb. Təhlükəli ərazilərdən təxliyə edilənlər üçün yeni müvəqqəti düşərgələr yaradılır, orada yerləşdirilən insanların sayı hazırda 300 min nəfəri ötüb.

Assam hökumətinin məlumatına görə, ştatda 2 254 kənd təbii fəlakətdən zərər çəkib, 200 minə yaxın sakin təhlükəli ərazilərdən təxliyə edilib və 538 müvəqqəti düşərgəyə yerləşdirilib. Daşqınlar azı 218 yola və 20 körpüyə ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti