...

Pentaqon Ukraynaya 820 milyon dollarlıq yeni yardım paketi ayırıb

Dünya xəbərləri Materials 2 İyul 2022 02:14 (UTC +04:00)
Pentaqon Ukraynaya 820 milyon dollarlıq yeni yardım paketi ayırıb

Bakı. Trend:

Rəsmi Vaşinqton Ukraynaya təhlükəsizlik və müdafiə sahəsində ümumilikdə 820 milyon dollar dəyərində daha bir yardım paketinin ayrıldığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 820 milyon dollarlıq əlavə müdafiə yardımı elan edib", - deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, ABŞ-ın son yardım paketi Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri üçün əlavə raketlər, iki NASAMS zenit-raket kompleksi, 155 mm-lik haubitsalar üçün təxminən 150 min mərmi, dörd əlavə artilleriya əleyhinə radarın verilməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti