Bakı. Trend:
İngiltərə və Uelsin baş prokurorun müavini Aleks Çak Böyük Britaniyanın baş naziri Boris Consonla bağlı bir sıra qalmaqallar fonunda istefa verib.
Trend-in məlumatına görə, bu barədə A.Çakın açıqlamasında deyilib.
O, qərarının koronavirus pandemiyasının qızğın çağında B.Consonun iqamətgahında keçirilən gəcə şənliklərlə bağlı qalmaqal, habelə hakim Mühafizəkarlar Partiyasından olan keçmiş deputat Ouen Paterson ətrafındakı vəziyyətlə bağlı olduğunu açıq şəkildə qeyd edib. O.Paterson lobbiçilik sahəsində parlament qaydalarını pozduğuna görə ötən ilin sonunda istefa verib.