...

Türkiyənin dəri məhsulları ixracı 12 faizdən çox artıb

Dünya xəbərləri Materials 7 İyul 2022 16:57 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin iyun ayında Türkiyənin dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz artaraq 172 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin yanvar-iyun ayında Türkiyə 979 milyon dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin yanvar-iyun ayları ilə müqyisədə 23,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2021-iyun 2022) Türkiyə 1,9 milyard dollar məbləğində dəri məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti