...

Rusiya Federasiya Şurası britaniyalı diplomatlara parlament binasına daxil olmağı qadağan edib

Dünya xəbərləri Materials 8 İyul 2022 11:14 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya parlamentin yuxarı palatası Federasiya Şurası Böyük Britaniyanın Rusiyadakı səfiri və digər diplomatlarına parlament binasına gəlməyi qadağan edib.

Trend-in məlumatına görə, bunu Federasiya Şurasının reqlament və parlament fəaliyyətinin təşkili komitəsinin sədri Vyaçeslav Timçenko deyib.

O bildirib ki, bu qərar Britaniyanın analoji addımına cavab olaraq atılıb.

Qeyd edək ki, bir müddət əvvəl Böyük Britaniya parlamenti Rusiyanın ölkədəki diplomatlarına parlamentə daxil olmasını qadağan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti