Bakı. Trend:
ABŞ-ın F-35 qırıcı təyyarələri Estoniyanın Emari aviabazasına çatıb.
Trend xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş qərargahının mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, hazırda sözügedən bazada Fransanın Mirage-2000 təyyarələri və Belçikanın F-16-ları yerləşdirilib. ABŞ qırıcıları “Baltikyanı ölkələrin hava məkanını qorumaq missiyasını gücləndirmək” üçün aviabazaya gəliblər.
Baltikyanı ölkələrin hava məkanında patrul xidməti üçün yararlı təyyarələri yoxdur. Buna görə də Baltikyanı ölkələr NATO-ya daxil olandan sonra (2004-cü il) alyans ölkələrinin təyyarələri növbə ilə hava məkanını qoruyur.