...

Şri-Lankada etirazlarda 30 nəfər yaralanıb

Dünya xəbərləri Materials 9 İyul 2022 13:44 (UTC +04:00)
Şri-Lankada etirazlarda 30 nəfər yaralanıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şri-Lankada prezident iqamətgahı yaxınlığında davam edən etiraz aksiyalarında 30 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan ikisi polis əməkdaşı olub.

Qeyd olunur ki, etirazçıların qarşısının alınması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

Şri-Lanka baş naziri aksiya ilə əlaqədar parlamentin təcili iclasını çağırıb.

Xatırladaq ki, paytaxt Kolomboda etirazçılar bu gün ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

Dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti