Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində tibbi preparatların satışı ilə məşğul olan iş mərkəzində güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə şəhərin Bağcılar rayonunda qeydə alınıb.
İkimərtəbəli binada başlayan yanğın qısa müddət ərzində genişlənib. Yanğının qarşısının alınması üçün çoxsaylı yanğınsöndürən bölgəyə cəlb olunub.
Yaxınlıqdakı insanlar ərazidən uzaqlaşdırılıb.