...

Avropa aviaşirkətləri bilet qiymətlərini 20 faizdən çox artıra bilər

Dünya xəbərləri Materials 14 İyul 2022 20:00 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avropa aviaşirkətləri tətillər, yanacağın bahalaşması və işçi çatışmazlığı ilə əlaqədar ilin sonunadək bilet qiymətlərini 21 faiz bahalaşdıra bilər.

Trend-in məlumatına görə, bu barədə Almaniyanın "Allianz" sığorta şirkətinin proqnozunda deyilir.

Şirkət bildirir ki, avropalı aviadaşıyıcıların mövcudluğunu davam etdirə bilməsi üçün iki həll yolu var: uçuşları təxirə salmaq, ya da biletlərin qiymətini artırmaq.

Qeyd olunur ki, Avropa aviaşirkətləri üçüncü il ard-arda 10 milyard dollara yaxın itkilərlə üzləşir. Təkcə 2022-ci il ərzində bu şirkətlər əməkdaşlarının 8 faizini ixtisar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti