...

Yaponiya şəhərində 210 min insan təxliyə ediləcək

Dünya xəbərləri Materials 16 İyul 2022 06:25 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın şimal-şərqində yerləşən Senday şəhərinin 200 mindən çox sakinə güclü yağışlar nəticəsində torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar təxliyyə olunmaq göstərişi edilib.

Trend-in verdiyi məlumata görə, şimal bölgələrindən cənub-qərbə qədər Yaponiyanın demək olar ki, hər yerində güclü yağışlar yağır. Senday Miyaqi prefekturasının inzibati mərkəzidir və bu prefekturanın bəzi ərazilərində saatda 100 millimetrə qədər yağıntı düşüb.

Təxliyə göstərişi beş mümkün təhlükə səviyyəsinin dördüncüsüdür və təhlükəsiz yerə təxliyyə üçün tövsiyə deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti