...

Türkiyədə turist avtobusu aşıb, 30 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 17 İyul 2022 12:49 (UTC +04:00)
Türkiyədə turist avtobusu aşıb, 30 nəfər xəsarət alıb

Bakı. Trend:

Türkiyənin Mersin şəhəri istiqamətində hərəkətdə olan turist avtobusu Kayseri əyalətində qəzaya uğrayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerində çox sayda təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.

Məlumata əsasən, qəza nəticəsində 30 nəfər xəsarət alıb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti