...

Rişi Sunak və Liz Tras Britaniyanın baş naziri postu uğrunda mübarizə aparacaqlar

Dünya xəbərləri Materials 20 İyul 2022 22:01 (UTC +04:00)
Rişi Sunak və Liz Tras Britaniyanın baş naziri postu uğrunda mübarizə aparacaqlar

Bakı. Trend:

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Tras krallığın Mühafizəkarlar Partiyasının lideri və ölkənin baş naziri postu uğrunda yarışda qalıblar.

Trend xəbər verir ki, bunu seçkilərin yekun turunun nəticələri müəyyən edib.

Səsvermənin nəticələrini “komitə 1922” (Böyük Britaniya İcmalar Palatasındaki Mühafizəkarlar Partiyasından parlament qrupu) adlandırılan qurumun rəhbəri ser Qrem Bredi "Sky News" telekanalında açıqlayıb.

Ticarət Siyasəti üzrə kiçik nazir Peni Mordont seçkilərin bütün raundlarında ən az səs - 105 səs topladığı üçün mübarizəni tərk edib. Sunak və Tras müvafiq olaraq 137 və 113 səs toplayıb. Eyni zamanda, bu turda XİN rəhbəri 27, keçmiş maliyyə naziri isə 19 səs alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti