...

Rusiya XİN-ə Lavrovla Blinkenin danışığı ilə bağlı müraciət daxil olmayıb

Dünya xəbərləri Materials 28 İyul 2022 03:03 (UTC +04:00)
Rusiya XİN-ə Lavrovla Blinkenin danışığı ilə bağlı müraciət daxil olmayıb

Bakı. Trend:

Rusiya tərəfi Vaşinqtondan ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqları ilə bağlı heç bir müraciət almayıb.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər.

"Mətbuatda yazılanlardan başqa heç bir müraciət olmayıb. Biz meqafonla deyil, adi diplomatik təcrübəni rəhbər tuturuq", - deyə XİN-dən bildirilib.

Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarının baş tutacağını gözlədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti