Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinin yaxşı bitməyəcəyini deyib.
Trend xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
"Dəli Nensi Pelosi həqiqətən Tayvandadır? Həmişə problemlər yaradır. Onun etdiyi heç bir şey yaxşı şeylərə səbəb olmayıb. Müşahidə edin", - deyə ABŞ-ın keçmiş prezidenti bildirib.