...

İran Aİ və Rusiya ilə nüvə proqramı ilə bağlı danışıqlar aparıb

Dünya xəbərləri Materials 5 Avqust 2022 06:43 (UTC +04:00)
İran Aİ və Rusiya ilə nüvə proqramı ilə bağlı danışıqlar aparıb

Bakı. Trend:

Vyanaya gələn İranın baş müzakirəçisi Əli Baqeri Kani Aİ həmkarı Enrike Mora və Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov ilə ikitərəfli görüşlər keçirib.

Trend-in məlumatına görə, İranın baş müzakirəçisi Əli Baqeri Kani və Aİ diplomatiya rəhbərinin müavini Enrike Mora Vyanada ikitərəfli görüş keçiriblər.

Görüşdə hər iki tərəf İranın nüvə proqramı üzrə razılaşma - "JCPOA" ətrafında son hadisələri müzakirə ediblər.

Ulyanov Rusiya tərəfinin İranın nüvə sazişinin bərpası üzrə konstruktiv danışıqlara hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti