...

Daha 4 yük gəmisi Ukrayna limanlarından İstanbul istiqamətində yola düşüb

Dünya xəbərləri Materials 7 Avqust 2022 11:25 (UTC +04:00)
Daha 4 yük gəmisi Ukrayna limanlarından İstanbul istiqamətində yola düşüb

Bakı. Trend:

Bu gün səhər saatlarında daha dörd yük gəmisi Ukraynanın Odessa və Çernomorsk limanlarından İstanbul istiqamətində yola düşüb.

Trend xəbər verir ki, gəmilər yerli vaxtla səhər saat 06:00 və 08:30-da yola düşüblər.

Məlumata əsasən, “Mustafa Necatı”, “Star Helena” və “Glory” gəmiləri Çornomorsk limanından, “Riva Mind” gəmisi isə Odessadan yola düşüb.

Barbados bayrağı altında üzər "Fulmar S" yük gəmisi şənbə günündən Odessa limanı sahillərində yüklənməsini gözləyir.

Qeyd edək ki, ilk gəmi - "Razoni" avqustun 1-də "taxıl dəhlizi" ilə hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti