Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Boris Conson Londonda 1,6 milyon funt-sterlinqə olan taunxausunu satışa çıxarıb.
Trend-in məlumatına görə, üç mərtəbəli, dörd otaqlı evi Britaniyanın keçmiş baş naziri 2019-cu ildə 1,2 milyon funt-sterlinqə alıb.
Boris və Kerri Conson 400 min funt-sterlinq qazanmaq ümidi ilə 1,2 milyon funta aldıqları Londondakı evini satışa çıxarıblar. Consonlar əvvəlcə evi icarəyə vermək istəsələr də, bu planlarını həyata keçirməyiblər.
Bu ilin iyulunda B.Conson Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu qərar siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefaları ilə bağlı olub.