...

FTB agentləri Trampın Mar-a-Laqodakı əmlakında axtarış aparır

Dünya xəbərləri Materials 9 Avqust 2022 03:29 (UTC +04:00)
FTB agentləri Trampın Mar-a-Laqodakı əmlakında axtarış aparır

Bakı. Trend:

ABŞ Federal Təhqiqat Bürosunun agentləri keçmiş prezident Donald Trampın Floridadakı Mar-a-Laqo mülkündə axtarış aparır.

Trend xəbər verir ki, bu barədə D.Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.

"Aidiyyatı dövlət qurumları ilə aparılan iş və əməkdaşlıq fonunda evimdə bu gözlənilməz axtarış lazımi və məqsədəuyğun deyildi", - deyə D.Tramp bildirib.

Keçmiş prezident baş verənləri onun 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını istəməyən radikal sol demokratların hücumu adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti