Bakı. Trend:
Misirin cənubunda sərnişin mikroavtobusu ilə yük avtomobili toqquşub.
Trend xəbər verir ki, bu barədə "Al Youm As Sabi" xəbər portalı məlumat yayıb.
Məlumata əsasən, Asuan əyalətində baş verən qəza nəticəsində azı 11 nəfər həlak olub.
Qəzanın səbəbi hələki məlum deyil.