...

İspaniyada meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 15 Avqust 2022 07:30 (UTC +04:00)
İspaniyada meşə yanğınları davam edir

Bu il Avropada artıq 670 min hektar meşə yanıb.

Trend xəbər verir ki, bu, 2006-cı ildən sonra meşə yanğınları ilə bağlı qeydə alınan rekord göstəricidir.

Meşə Yanğınları barədə Avropa İnformasiya Sisteminin məlumatlarına görə, bu il meşə yanğınları tək Aralıq dənizi ölkələrini əhatə etməyib, Avropanın digər ölkələrində də meşə yanğınları tüğyan edib.

Meşə yanğınlarının geniş yayılmasının səbəbi bu il müşahidə olunan quraqlıq və ekstremal yüksək temperaturun bütün Avropanı əhatə etməsidir. Digər tərəfdən, meşə yanğınları ilə bağlı yeni rekord qeydə alınsa da, hələ yanğın mövsümünün ortalarıdır.

Bu vaxta qədər Avropada ən çox meşə sahəsi yanan ölkə İspaniyadır. İspaniyada 225 min hektar meşə sahəsi yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti