...

Bayden ölkədə inflyasiya ilə mübarizəyə yönəlmiş 430 milyard dollarlıq təşəbbüslər paketi imzalayıb

Dünya xəbərləri Materials 17 Avqust 2022 07:22 (UTC +04:00)
Bayden ölkədə inflyasiya ilə mübarizəyə yönəlmiş 430 milyard dollarlıq təşəbbüslər paketi imzalayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ölkədə inflyasiyanın azaldılmasına yönəlmiş 430 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan və Konqres tərəfindən təsdiq edilmiş tədbirlər paketini imzalayıb.

Tədbir Ağ Evin saytında yayımlanıb.

Trend-in məlumatına görə, qanun layihəsi bir sıra tədbirləri, o cümlədən federal büdcə kəsirinin azaldılması, vətəndaşların səhiyyəyə xərclərinin azaldılması və iqlim dəyişikliyi ilə mübarizəni əhatə edir.

Bundan əlavə, iri korporasiyaların vergilərinin artırılması nəzərdə tutulur ki, bu da təklif olunan proqramlar üçün lazım olan vəsaiti qismən təmin etməlidir.

ABŞ hakimiyyəti bütün bu tədbirlərin gələcəkdə ölkədə inflyasiyanın azaldılmasına səbəb olacağını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti