Bakı. Trend:
Çinin cənubundakı Quandun əyalətində "Ma-on" tropik qasırğası tüğyan edir.
Trend-in məlumatına görə, küləyin sürəti 118 km/saata çatıb.
Quandun əyalətində, eləcə də Honq Konq xüsusi rayonunda sakinlərə sahil zonalara yaxınlaşmamaq tövsiyə olunub.
Honq Konqda azı bir nəfərin xəsarət aldığı bildirilib. Bundan başqa, məktəblər bağlanıb. Qatarların hərəkət cədvəlində dəyişikliklər edilib.