...

Yunanıstan Türkiyənin F-16-larına qarşı təxribat törədib - Türkiyə Müdafiə Nazirliyi

Dünya xəbərləri Materials 29 Avqust 2022 02:27 (UTC +04:00)
Yunanıstan Türkiyənin F-16-larına qarşı təxribat törədib - Türkiyə Müdafiə Nazirliyi

Bakı. Trend:

Yunanıstan Silahlı Qüvvələri "S-300" hava hücumundan müdafiə sistemləri ilə Egey və Şərqi Aralıq dənizində missiya yerinə yetirən Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törədib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. S-300 hava hücumundan müdafiə sistemləri Krit adasında quraşdırılıb.

Nazirlik bildirib ki, hadisə avqustun 23-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 hərbi təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçarkən baş verib.

Təxribata baxmayaraq, Türkiyə təyyarələri planlaşdırılan tapşırığı yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti