...

İraqın nüfuzlu imamı əs-Sədr aclıq aksiyasına başlayıb

Dünya xəbərləri Materials 30 Avqust 2022 04:41 (UTC +04:00)

Bakı. Trend:

Nüfuzlu şiə ilahiyyatçısı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb və aksiyanı İraqda “zorakılıq dayandırılana qədər” davam etdirmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə "sədrçilər" parlament blokunun rəhbəri bildirib.

"Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edərək, zorakılıq və silahdan istifadə dayandırılana qədər davam etdirmək niyyətindədir", - deyə o, bildirib.

Xatırladaq ki, daha əvvəl Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlamışdı. Bundan sonra yüzlərlə insan respublika sarayına daxil olmuşdu. İraq hakimiyyəti ölkə ərazisində komendant saatı elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti